Ağdaşda evdən meyit TAPILDI

Hazırda oxunan: Ağdaşda evdən meyit TAPILDI

580079

Ağdaşda evdən meyit tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini olan 59 yaşlı İslam Qurbanov yaşadığı evdə ölü halda tapılıb. Məlumata görə, İslam Qurbanov uzun müddətdir ki, həyətə çıxmayıb.
 

Bundan şübhələnən qonşuları onun qapısını döysələr də, açan olmayıb. Belə olanda onlar polisə və təcili tibbi yardıma xəbər veriblər. Evə gələn polis əməkdaşları mənzilə daxil olaraq, yatdığı çarpayıda ev sahibinin meyiti ilə rastlaşıblar.


Qeyd olunur ki, mərhum uzun müddətdir astma xəstəliyindən əziyyət çəkirmiş. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin