Ənənəvi olaraq bir çox həkimlər atrial fibrilyasiyası (aritmiya) olan insanlara qəhvədən uzaq durmağı tövsiyə edirdilər. Mütəxəssislər düşünürlər ki, kofein ürək ritminin pozulmasına səbəb ola bilər. Lakin yeni tədqiqat bu stereotipi şübhə altına alıb.
Bizim.Media xəbər verir ki, ABŞ, Kanada və Avstraliyanın Beynəlxalq Kardioloqlar Qrupu tərəfindən aparılan klinik sınaqlara elektrik kardioversiya prosedurundan keçmiş 200 pasiyent qatılıb.
İştirakçıların yarısı hər gün kofeini yüksək olan qəhvə içib, digərləri isə qəhvə və digər kofein mənbələrindən tam imtina edib. Altı ay sonra həkimlər atrial fibrilyasiyanın təkrar epizodlarını izləyib: qəhvə içənlərdə təkrar halların faizi 47%, içməyənlərdə isə 64% olub. Beləliklə, qəhvə sevənlərdə aritmiya riski əhəmiyyətli dərəcədə aşağı olub.
Adelaida Universitetindən kardioloqu Kristofer Vonq nəticələri şərh edərək bildirib ki, əldə olunan nəticələr qəhvənin ürəyə zərərli olduğu barədə geniş yayılmış fikri təkzib edir:
“Bizim məlumatlarımız göstərir ki, qəhvə yalnız təhlükəsiz deyil, həm də atrial fibrilyasiyada qoruyucu təsir göstərə bilər”.
Bizim.Media




























































































