Türkan sakininə 8 mindən çox işıq borcu YAZILIB - “Azərişıq”dan AÇIQLAMA - FOTO

Hazırda oxunan: Türkan sakininə 8 mindən çox işıq borcu YAZILIB - “Azərişıq”dan AÇIQLAMA - FOTO

579999

Xəzər rayonu Türkan qəsəbəsinin sakini “Azərişıq” ASC-dən şikayətçidir.

Bizim.Media-ya müraciət edən sakin Xaləddin Rzabalazadə ona bir ay ərzində 8 min manatdan çox borc yazıldığını bildirib.

O, bunun mümkünsüz olduğunu qeyd edib:

“Bu məbləği gördüm, şoka düşdüm. Obyekt işlədənlər belə bu qədər işıqpulu ödəmirlər. Həyət evidi, amma bu qədər işıq sərfiyyatı mümkün deyil. Bildiriş “Azərişıq” ASC əməkdaşları tərəfindən sayğacın üstünə qoyulub. Heç olmaya bildirişi təqdim edəndə, məbləğə baxmırlar? Birdən-birə bu qədər borc yazılar?”

Sakin bunun texniki səhv olsa belə necə tənzimlənəcəyindən narahatdır:

“Mən kommunal ödənişləri kart vasitəsilə ödəyirəm. Aylıq ödəmirəm, bir neçə gündən bir 2-3,5-10 manat ödəyirəm. Sonuncu dəfə dünən axşam 3 manat ödəmişəm. Dediklərinə görə, bu, texniki səhvdir, borcumuz isə 45 manatdan çoxdur. Mənə bildiriş veriləndə sayğacda ötən ayın göstəricisi ilə son göstəricini hesablayıram. İndi o göstərici də yoxdur, məbləğ də böyükdür. Bəlkə, bunu özbaşına yazıb, sayğacda çox göstərib?! Bilmirəm”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-ya bildirilib ki, bildirişdə texniki səhv olub, problem aradan qaldırılır.





Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin