11 noyabr daha bir neçə hərbçimizin şəhid olduğu gündür.
Bizim.Media bu tarixdə şəhadətə ucalan Azərbaycan Ordusunun hərbçilərinin adlarını təqdim edir:
Sahil Məmişli
1991-ci il avqustun 21-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Ordusunun giziriolan SahilMəmişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmişli noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. O, 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Vahid Ağayev
14 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olub. 187 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Vahid Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Vahid Ağayev 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vahid Ağayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Elməddin Vəlişov
Elməddin Vəlişov 21 mart 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olub. Orta təhsil alıb hərbi xidmətdən qayıtdıqdan sonra ilahiyyatçı olaraq çalışıb, ruhani alim və dini şeyx olub.
Elməddin Vəlişov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmətini snayper vəzifəsində yerinə yetirib.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü snayper olaraq iştirak edib. Füzulinin, Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elməddin Vəlişov 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Murad Hüseynzadə
8 yanvar 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlasər kəndində anadan olub.
Orta təhsilini kənd məktəbində alıb. Murad 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla “Tibb təlimatçısı” ixtisasına yiyələnib. Lənkəran rayonlararası narkoloji xəstəxanada tibb qardaşı kimi çalışıb.
27 sentyabr başlanan Vətən Müharibəsində döyüşən Murad 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub.
O, "Vətən uğrunda" , "Cəbrayılın azad edilməsinə görə" və "Qubadlının azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:00 / 11.11.2025
5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR
Hazırda oxunan: 5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR
Hazırda oxunan: 5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR
579994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































