Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də təməlini qoyduğu Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub.
Bizim.Media "Naxçıvan xəbərləri”saytına istinadən xəbər verir ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq.
Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək.
İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq.
Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:06 / 11.11.2025
Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub
Hazırda oxunan: Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub
Hazırda oxunan: Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub
579970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































