Qazaxın işğaldan azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib?

Hazırda oxunan: Qazaxın işğaldan azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib?

579969

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Trend”-in sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, aparılan əməliyyatlar zamanı ümumilikdə 223,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

“İndiyədək 1 059 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina və 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, – qurumdan əlavə olunub.

Qeyd edək ki, ANAMA-nın həftəlik məlumatına əsasən, ötən ay azad olunan ərazilərdə 7 022,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xatırladaq ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında qaytarılıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin