Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

Hazırda oxunan: Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

579939

İnsan yuxuda da stress keçirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə kardio¬loq Aurelio Roxas məlumat verib.

"Yuxu zamanı bədənin müəyyən vəziyyətləri gündəlik stressin əlaməti ola bilər.

Biləklərin bükülməsi və yumruqların sıxılması, əllərin üzərində bir-birinə keçməsi, çənənin dartılması, üzün qırışması, boyuna toxunmaq, bir və ya hər iki əlin qaldırılması, embrion vəziyyətində yatmaq, ayaqların üst-üstə qoyulması, yastığı möhkəm sıxmaq yüksək stres və kortizol səviyyəsinin göstəricisi sayılır".
 

İspaniyanın Navarra Universitet Klinikası mütəxəssisləri isə stresin azaldılması üçün bir neçə məsləhət veriblər: tütün, alkoqol və kofe istehlakını azaltmaq, müntəzəm idman məşqləri, balanslı qidalanma, yuxu rejiminə riayət etmək.


Bundan əlavə, sakitləşdirici musiqi dinləmək, hobbilərlə məşğul olmaq, psixoloqla özünüqiymətləndirməni artırmaq və ailə ilə vaxt keçirmək faydalı hesab olunur. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin