Balakəndə it 83 yaşlı kişini parçalayaraq öldürdü - Əvvəl də hücum edibmiş - FOTO

Hazırda oxunan: Balakəndə it 83 yaşlı kişini parçalayaraq öldürdü - Əvvəl də hücum edibmiş - FOTO

579920

Balakəndə nəzarətsiz qalan çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində baş verib.

Belə ki, Mahamalar kənd sakini 83 yaşlı Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib.
 

Çoban itinə heç bir təzyiq göstərə bilməyən Məhəmməd Atayev hadisə yerində ölüb. Yaxınlarının bildirdiyinə görə, çoban iti aylar əvvəl də mərhuma hücum çəkərək müxtəlif xəsarətlər yetiribmiş.


Bir neçə aylıq müalicədən sonra M. Atayev sağalıb. Lakin bu dəfə itin hücumundan yaxa qurtara bilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media-nın yerli bürosu çoban itinin hücumuna məruz qalan Balakən sakinin aylar əvvəl çəkilən şəkillərini əldə edib.







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin