Qubada DƏHŞƏT: Qadın qohumunu balta ilə vurdu

Hazırda oxunan: Qubada DƏHŞƏT: Qadın qohumunu balta ilə vurdu

579917

Qubanın Çartəpə kəndində 34 yaşlı K.Rüstəmov yaşadığı evdə qadın qohumunun zərbəsinə tuş gəlib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 43 yaşlı Gülnarə Nəcəfova ərinin bacısı oğluna balta ilə xəsarət yetirib.

K.Rüstəmov rayon mərkəzi xəstəxanasına çatdırılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-ya hadisəni törədən qadının saxlanıldığını, faktla bağlı araşdırma getdiyini bildirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qohumlar arasında torpaq üstündə mübahisə yaşanır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin