Qəzada həyatını itirən Şahbala Vətən müharibəsi iştirakçısı imiş... - FOTO

Hazırda oxunan: Qəzada həyatını itirən Şahbala Vətən müharibəsi iştirakçısı imiş... - FOTO

579906

Xəbər verdiyimiz kimi, bu gün Qubada toy karvanında baş verən ağır yol qəzası nəticəsində 23 yaşlı Şahbala Asəf oğlu Mehdiyev dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şahbala Mehdiyev Vətən Müharibəsi iştirakçısı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Toy karvanında ağır qəza: 23 yaşlı oğlan öldü


Mərhumun döyüş yoldaşı Aydın Fətiyev saytımıza açıqlamasında bildirib ki, Şahbala döyüşlərdə böyük fədakarlıq göstərib:

“Şahbala Ağdam, Suqovuşan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Cəsur və mərd oğlan idi, Vətən üçün canını əsirgəmirdi,” – deyə Aydın Fətiyev bildirib.

Qeyd edək ki, qəza Quba–Xaçmaz yolunun Qubanın Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Şahbala Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobilin sükanına nəzarəti itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Gənc sürücü aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin