Qəzada həyatını itirən Şahbala Vətən müharibəsi iştirakçısı imiş...

Hazırda oxunan: Qəzada həyatını itirən Şahbala Vətən müharibəsi iştirakçısı imiş...

579906

Xəbər verdiyimiz kimi, bu gün Qubada toy karvanında baş verən ağır yol qəzası nəticəsində 23 yaşlı Şahbala Asəf oğlu Mehdiyev dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şahbala Mehdiyev Vətən Müharibəsi iştirakçısı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Toy karvanında ağır qəza: 23 yaşlı oğlan öldü


Mərhumun döyüş yoldaşı Aydın Fətiyev saytımıza açıqlamasında bildirib ki, Şahbala döyüşlərdə böyük fədakarlıq göstərib:

“Şahbala Ağdam, Suqovuşan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Cəsur və mərd oğlan idi, Vətən üçün canını əsirgəmirdi,” – deyə Aydın Fətiyev bildirib.

Qeyd edək ki, qəza Quba–Xaçmaz yolunun Qubanın Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Şahbala Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobilin sükanına nəzarəti itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Gənc sürücü aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin