Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

Hazırda oxunan: Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

579872

Həqiqi zeytun yağı yalnız zeytundan mexaniki üsullarla, heç bir kimyəvi emal edilmədən əldə olunan saf təbii sızma yağdır. Bu istehsal üsulu zeytunların təbiiliyini qoruyur, vitaminlər, polifenollar və aromatik maddələr pozulmadan şüşəyə daşınır.

Zeytun yağının təmiz olub-olmadığını anlamağın bəzi yolları var. 

Bizim.Media Türkiyə KİV-ə istinadən həmin üsulları təqdim edir:

1. Etiketi yoxlayın

- Turşuluq səviyyəsi %0.8-dən aşağı olmalıdır.

- Etiket üzərində istehsalçı, mənşə, yığım və dolum tarixləri açıq göstərilməlidir.

- “Rafinə”, “qarışım” və ya “pomace” ifadələri varsa, bu həqiqi zeytun yağı deyil.

2. Qoxlayın və dadın

- Həqiqi zeytun yağı təzə ot, badam, yaşıl alma və ya ənginar qoxularını xatırladır.

- Qoxusuz və ya boya kimi qoxan məhsullar adətən emal olunmuş yağlardır.

- Boğazda yüngül yanma hissi yağın polifenol zənginliyini göstərir.

3. Soyuqda donma testinə aldanmayın

- “Həqiqi zeytun yağı soyuducuda donar” məlumatı həmişə doğru deyil.

- Donma nöqtəsi zeytun növünə, polifenol tərkibinə və istehsal prosesinə görə dəyişir.

4. Rənginə baxmayın, mənbəyinə güvənin

- Zeytun yağının rəngi açıq yaşıl, sarıya yaxın da ola bilər.

- Rəng zeytun növü və yığım zamanına bağlıdır, keyfiyyət göstəricisi deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin