"Windows 11"dən bu funksiya silindi

Hazırda oxunan: "Windows 11"dən bu funksiya silindi

579848

"Microsoft" korporasiyası "Windows 11" sistemindəki "Telefonla əlaqə" ("Phone Link") tətbiqindən fotoşəkillərə baxış funksiyasını silib.

Bizim.Media xəbər verir ki, artıq şəkilləri izləmək üçün istifadəçilərə "Bələdçi" ("File Explorer") vasitəsilə baxmaq təklif olunur, burada smartfondakı mediafayllar çıxarıla bilən disk kimi göstərilir.

Bununla belə, "Telefonla əlaqə" tətbiqinin əsas funksiyaları - bildirişlərin qəbulu və kompüterdən smartfona nəzarət - əvvəlki kimi işləməyə davam edir.
 

Bir çox istifadəçi bu dəyişikliyi narahatlıq yaradan addım kimi qiymətləndirib, çünki əvvəlki fotoşəkillərə baxış imkanı tətbiqin içərisində tam ekran rejimində şəkilləri açmağa imkan verirdi. İndi isə "Bələdçi"də fayllara kliklədikdə şəkillər ayrıca "Windows" "Şəkillər" (Photos) tətbiqində açılır.


Microsoft həmçinin smartfonu periferiya cihazı kimi istifadə etmək istəyənlər üçün "Mobil cihazlar" ("Mobile Devices") adlı alternativ aləti tövsiyə edir. /Oxu.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin