Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya sərnişin daşınmasının həyata keçirilməsi məqsədilə yeni marşrut avtobusu xəttə buraxılacaq.
Bizim.Media xəbər verir ki, xəttə buraxılacaq 500 nömrəli marşrut avtobusu Sumqayıt şəhərindəki Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq. Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun "20 Yanvar" stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.
Sözügedən nəqliyyat vasitəsi "BakuBus" MMC-yə məxsusdur.
Xətt üzrə "BMC Procity CNG" markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.
Məqsəd Ceyranbatan qəsəbəsi ərazisində sərnişin sıxlığını azaltmağa yönəlib. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:42 / 10.11.2025
Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR - Noyabrın 12-dən...
Hazırda oxunan: Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR - Noyabrın 12-dən...
Hazırda oxunan: Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR - Noyabrın 12-dən...
579841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































