Qusarda şəhid Şixmir Ağamirovun xatirəsi yad edildi - FOTO

Hazırda oxunan: Qusarda şəhid Şixmir Ağamirovun xatirəsi yad edildi - FOTO

579764

Noyabrın 9-da Qusar şəhərində II Qarabağ müharibəsi şəhidi Şixmir Qabil oğlu Ağamirovun şəhadətə ucalmasının 5-ci ildönümündə şəhidin məzarı ziyarət edilib, xatirəsi anılıb.

Bizim.Media xəbər verir ki, şəhid Ağamirov Şixmir Qabil oğlu 5 aprel 1990-cı ildə Qusar şəhərində  anadan olub.
 

Azərbaycan Ordusunun baş giziri olmuş Şixmir Ağamirov 44 günlük Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.


8 noyabr 2020-ci ildə Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin