Nar Festivalı belə YADDA QALDI - FOTO

Hazırda oxunan: Nar Festivalı belə YADDA QALDI - FOTO

579741

8-9 noyabr tarixlərində Göyçay şəhərində Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə ənənəvi “Nar Festivalı” keçirilib.

Bizim.Media xəbər verir ki, festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, həmçinin yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsi olub.

Tədbirdə 65-dən çox stend fəaliyyət göstərib. Burada istehsal müəssisələrinin nardan hazırladığı məhsullar, fermerlərin yetişdirdiyi müxtəlif nar növləri, narla bağlı əl işləri nümayiş etdirilib. Ziyarətçilər üçün məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müsabiqələr və folklor qruplarının çıxışları təşkil olunub.

Festival konsert proqramı ilə başa çatıb.

Dövlət Turizm Agentliyinin məlumatına görə, regionlarda tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.
 

Qeyd edək ki, 2006-cı ildən keçirilən “Nar Festivalı”, Azərbaycanın kənd təsərrüfatı və aqrar mədəniyyətinin mühüm tərkib hissəsi sayılır və aqroturizmin inkişafına töhfə verir.


Göyçayda gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin kimi yüksək keyfiyyətli nar növləri yetişdirilir.

Bu məhsullar Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi xarici bazarlarda da tanınır.



























Nəzrin Elxan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin