Bu gəncliyi kim yetişdirib? – Millət vəkilindən AÇIQLAMA   

Hazırda oxunan: Bu gəncliyi kim yetişdirib? – Millət vəkilindən AÇIQLAMA   

57970

Millət vəkili Hikmət Babaoğlunun fikrincə, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti milli inkişafımızın bütün istiqamətləri üzrə öz nəticələrini verməkdədir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət nəticəsində gənclərin enerjisi milli maraqlarımızın müdafiəsinə istiqamətlənib.

Bizim.Media-ya ünvanladığı şərhdə deputat bildirib ki, həmin dövrdə ölkəmizə müxtəlif istiqamətlərdən daxil olan ən fərqli dini, yaxud ideoloji dəyərlər gənaclərimizi total olaraq öz təsiri altına salmağa cəhd edirdilər.

Bu isə xalqın gələcəyinə böyük təhdid yaradırdı:
 

“Ona görə də Heydər Əliyev gənclər siyasəti strategiyası hazırlayaraq gənclərlə iş üzrə xüsusi institusional qrum yaratdı, 2 fevralı gənclər günü elan etdi.


1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyini yaratdı. Belə bir mərkəzi icra hakimiyyəti orqanının yaradılması gənclərin milli dövlətçilik çıraqları ətrafında birləşməsi və onun potensialının məhz bu məqsəd üçün səfərbər edilməsinə real imkanlar açdı”.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev gənclər siyasətini artıq mövcud olan ənənlər əsasında daha da təkmilləşdirdi. 2007-ci ilin “Gənclər ili” elan olunması, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və başqa addımlar təkmilləşən gənclər siyasətinin nümunələrindəndir. Hikmət Babaoğlu şərhində 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsinə də yer verib. 

Millət vəkili bildirib ki, heç şübhəsiz, 44 günlük Vətən Müharibəsi və savaşın Zəfərlə başa çatmasında həyata keçirilən bu strateji siyasətin böyük payı var:
 

“Məhz Azərbaycan Prezidentinin gənclər siyasətinin uğurlu olamasının nəticəsi idi ki, elə Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclik tarixi qələbəmizin əldə olunmasında digər nəsillərlə bərabər əvəzssiz rol oyandı.


Bu gün də istər idarəetmə sahəsində, istərsə də ölkəmzin sosial-iqtisadi, elmi- mədəni və ictimai həyatında gənclər aparıcı rol oynamaqdadırlar ki, bu da xalqımızın gələcək inkişafının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin