Göyçaylı usta: “Bu arabanı 8 ilə hazırlamışam” - FOTO

Hazırda oxunan: Göyçaylı usta: “Bu arabanı 8 ilə hazırlamışam” - FOTO

579694

Xəbər verdiyimiz kimi, Göyçayda sayca 16-cı Nar Festivalı keçrilir. Bu bayramda rayondan olan narçı fermerlər öz əkib becərdikləri məhsulları festivalda nümayiş etdirir, hətta satışını da həyata keçirirlər.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, festivalda isə əsas diqqət çəkən Göyçaylı Rəşid usta kimi tanınan Rəşid Kazımovun Nar bayramı üçün hazırladığı milli ornamentlərlə və naxışlarla hazırlanmış araba oldu.

Usta bildirdi ki, bu arabanı düzəltməyə 2017-ci ildən başlayıb və bu il sona çatdırıb:
 

“Araba hətta heç bir modelin təkrarı deyil, özümüzündür. Millətimiz üçün xeyirli olsun. Bu arabanı toy-bayramda, gəlin gətirmə mərasimlərində, ümumilikdə xeyirli işlərdə işlənməsi məqsədilə ərsəyə gətirmişik”.


Qeyd edək ki, arabanın üzərində türkdilli dövlətlərin bayraqları asılıb və bu da festival iştirakçılarının marağına səbəb olub.














Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin