31 yaşlı qadın küçənin ortasında bıçaqla qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, hadisə Gəncənin Gülüstan qəsəbəsində - İsrafil bəy Yadigarzadə küçəsində baş verib.
Şəhər sakini, 31 yaşlı Ayşən Sadıxova küçənin ortasında övladı ilə birgə gedərkən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb.
Yaxınlarının sözlərinə görə, ailə kişinin başqa qadınla qeyri-rəsmi əlaqələrinə görə dağılıb.
Ancaq keçmiş əri ayrılmalarına baxmayaraq, uzun müddətdir ki, Ayşən Sadıxovanı izləyir və təhdid edirmiş.
3 uşaq anası olan 31 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 42 yaşlı Ramin Alıyev saxlanılıb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:34 / 08.11.2025
Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO
Hazırda oxunan: Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO
Hazırda oxunan: Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO
579635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































