Xəbər verdiyimiz kimi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər.
Bizim.Media xəbər verir ki, Bakının Azadlıq meydanında keçirilən hərbi paradda müxtəlif ölkələrin müdafiə nazirləri, hərbi nümayəndə heyətləri də iştirak ediblər.
Belə ki, Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyəti, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç, Qırğızıstanın müdafiə naziri, Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, Özbəkistanın müdafiə nazirinin müavini hərbi paradı izləyiblər.
Qeyd edək ki, paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti iştirak edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:00 / 08.11.2025
Zəfər Paradında iştirak edən yüksək səviyyəli qonaqlar - SİYAHI
Hazırda oxunan: Zəfər Paradında iştirak edən yüksək səviyyəli qonaqlar - SİYAHI
Hazırda oxunan: Zəfər Paradında iştirak edən yüksək səviyyəli qonaqlar - SİYAHI
579611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































