Ordu korpuslarının keçidinin VİDEOSU - Hikmət Mirzəyev başçılıq etdi

Hazırda oxunan: Ordu korpuslarının keçidinin VİDEOSU - Hikmət Mirzəyev başçılıq etdi

579573

8 Noyabr – Zəfər Gününün 5-ci il dönümünə həsr olunan hərbi paradda Quru Qoşunların Bayrağı altında Ordu korpuslarının parad heyətlərinin keçidi başlayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, parad heyətlərinə müdafiə nazirinin müavini, Quru Qoşunların Komandanı, general-polkovnik Hikmət Mirzəyev başçılıq edir.

Birinci Ordu Korpusunun parad heyətinə “Qarabağ” ordenli polkovnik Teymur Məmmədov başçılıq edir.
 

İkinci Ordu Korpusunun parad heyətinə “Rəşadət” ordenli general-mayor Vilayət Quliyev rəhbərlik edir.


Üçüncü Ordu Korpusunun parad heyətinə “Azərbaycan Bayrağı” ordenli general-mayor Bilal Çompuzov başçılıq edir.

Dördüncü Ordu Korpusunun parad heyətinə “Vətənə xidmətə görə” ordenli general-mayor İdris Məhərrəmov rəhbərlik edir.
 

Beşinci Ordu Korpusunun parad heyətinə “Zəfər” ordenli general-mayor Akif Pirverdiyev başçılıq edir.


Sözügedən görüntüləri təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin