“Vətən Müharibəsində Suqovuşan Ağdərə istiqamətində döyüşmüşəm və oktyabrın 17-si yaralanmışam”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında İkinci Qarabağ Müharibəsi qazisi Süleymanov Ruslan Fazil oğlu deyib.
O, 8 Noyabr - Zəfər Günü ilə bağlı hisslərini bölüşüb:
“Vuruşduğum torpaqlara gedəndə çox həzin, duyğulu hisslər keçirirəm. Çünki şəhid yoldaşlarım, qazi yoldaşlarım gözümdə canlanır.
Bununla bərabər fəxr və qürur hissi duyuram. Mən əminəm ki, zəfərimizin 5-ci ilində bütün Azərbaycan xalqı mənimlə eyni hissi keçirir.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımızı Allah qorusun”.

Nəzrin Elxan, Pərviz Allahverdiyev Bizim.Media





























































































