Noyabrın 7-də Medianın İnkişafı Agentliyində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zəfərin 5-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, artıq 5-ci ildir qeyd olunan Zəfər Günü Azərbaycan xalqının yenilməz iradəsinin, milli birliyinin və Müzəffər Ali Baş Komandanın qətiyyətinin rəmzidir. O bildirib ki, Prezident İlham Əliyevin yüksək siyasi məharəti sayəsində qazanılan böyük uğurlar media müstəvisində də geniş əks-səda yaratdı, hərbi əməliyyatlar zamanı Prezidentin dünyanın aparıcı media qurumlarına verdiyi onlarla müsahibə münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı, ölkə mediası isə Vətən müharibəsinin gedişi barədə məlumatları xalqımıza və dünya ictimaiyyətinə operativ və dəqiq şəkildə yayımladı. İcraçı direktor, həmçinin Böyük Qayıdış dövründə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin işıqlandırılmasında, Zəfər ruhunun yaşadılması və milli həmrəyliyin möhkəmlənməsində medianın rolunu vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli və Agentliyin aparat rəhbəri Rəqsanə Kərimova 8 Noyabr tarixinin Azərbaycan dövlətinin, ordusunun, xalqının və diplomatiyasının qələbəsi, xalqımızın birlik, iradə və yenilməzliyinin rəmzi kimi hər bir azərbaycanlının yaddaşına əbədi qürur və fəxarət günü kimi həkk olunduğunu vurğulayaraq, tarixi həqiqətlərimizin gələcək nəsillərə ötürülməsində, Zəfər salnaməsinin dünyaya çatdırılmasında media nümayəndələrinin yorulmaz fəaliyyətlərindən bəhs ediblər.







Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:16 / 07.11.2025
Medianın İnkişafı Agentliyində Zəfər Gününə həsr olunan tədbir keçirildi - FOTO
Hazırda oxunan: Medianın İnkişafı Agentliyində Zəfər Gününə həsr olunan tədbir keçirildi - FOTO
Hazırda oxunan: Medianın İnkişafı Agentliyində Zəfər Gününə həsr olunan tədbir keçirildi - FOTO
579461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































