Qaradağda erkən nikahın QARŞISI ALINDI

Hazırda oxunan: Qaradağda erkən nikahın QARŞISI ALINDI

579454

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən erkən nikah mərasiminin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Məlumata görə, rayon ərazisində 16 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və görülən tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.

Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi və yetkinlik yaşına çatmayan qızın dini kəbinini kəsən şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Faktla bağlı rayon Polis İdarəsində istintaq araşdırması davam etdirilir.

"Bir daha diqqətə çatdırılır ki, qanunvericiliyinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır və belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə yanaşmalıdır", məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin