Zəfər Günü münasibətilə Qusarda ümumrayon tədbiri keçirildi - FOTO

Hazırda oxunan: Zəfər Günü münasibətilə Qusarda ümumrayon tədbiri keçirildi - FOTO

579450

8 Noyabr – Zəfər Günü münasibətilə Qusar rayonunda bayram tədbiri keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, ilk olaraq RİH başçısı vəzifəsini müvəqqəti icra edən, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Milli Məclisin deputatı Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları tərəfindən rayon Şəhidlər Xiyabanı ziyarət edilib.

Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar Dövlət Ləzgi Dram Teatrının və Qusar Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin də iştirakı ilə 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Gününə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan!” adlı bədii-musiqili tədbir keçirilib.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Bədii-musiqili tədbirdə mədəniyyət nümayəndələrinin ifasında səslənən vətənpərvərlik ruhunda musiqilər, bədii qiraət nümunələri və Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının ifasında nümayiş etdirilən səhnəciklər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin