Azərbaycan və Slovakiya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və Slovakiya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

579444

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov ölkələrarasında mövcud hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Kalinak Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümü münasibətilə həmkarını təbrik edib.

Hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlərini müzakirə edib, müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin