Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlıdan XƏBƏR VAR

Hazırda oxunan: Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlıdan XƏBƏR VAR

579413

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçirilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçrilən prosesdə hakim tərkibinin dəyişdiyi elan olunub.

Belə ki, bundan sonra cinayət işinə hakim Vüqar Quliyev deyil, hakim Hüseyn Hüseynli sədrlik edəcək.

Proses qapalı keçirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 21-nə təyin edilib.
 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar.


Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin