Evdə pişik və it saxlayan insanların ən çox qarşılaşdığı problemlərdən biri tük tökülməsidir.
Bizim.Media xəbər verir ki, heyvanlarda tük tökülməsinin qarşısını tam almaq mümkün olmasa da, onun azalması üçün bir sıra effektiv tədbirlər var.
Tük tökülməsinin əsas səbəbləri arasında keyfiyyətsiz qidalanma, B vitamini çatışmazlığı, dəridə parazitlər və stress kimi hallar dayanır.
Çinko və biotin (B7 vitamini) tərkibli əlavələrdən istifadə edildikdə, bir ay ərzində tük tökülməsində nəzərəçarpacaq azalma müşahidə oluna bilər.
Hər tük tökülməsi halında dərhal dərman istifadəsinə başlanmamalıdır. Əvvəlcə problemin səbəbi müəyyən edilməli, daha sonra uyğun müalicə seçilməlidir.
Uşaqlarla eyni evdə pişik və it saxlamaq tamamilə mümkündür, sadəcə heyvanların baytar müayinələrinə vaxtında aparılması və evin təmizliyinə diqqət yetirilməsi vacibdir.
Bu sadə qaydalara əməl etməklə evdə tük problemlərini minimuma endirmək və həm insanlar, həm də heyvanlar üçün daha sağlam mühit yaratmaq mümkündür. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:39 / 07.11.2025
Evdə pişik və it tükü probleminə son
Hazırda oxunan: Evdə pişik və it tükü probleminə son
Hazırda oxunan: Evdə pişik və it tükü probleminə son
579412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































