Cərimə TƏHLÜKƏSİ – Ağacların arxasında gizlənən yol nişanı sürücüləri ÇAŞDIRIR – VİDEO

Hazırda oxunan: Cərimə TƏHLÜKƏSİ – Ağacların arxasında gizlənən yol nişanı sürücüləri ÇAŞDIRIR – VİDEO

579403

Paytaxtda yol nişanlarının ağacların budaqları arasında görünməz vəziyyətdə qalması ilə bağlı sürücülərdən redaksiyamıza şikayət daxil olub.

Sözügedən küçələrdən biri paytaxtın Nizami rayonu, Əliağa Kürçaylı 3 küçəsi ilə Əliağa Kürçaylı 17 küçəsinin kəsişməsində yerləşir. Görüntülərdə yol nişanının ağacın arxasında qalması sürücülərin narazılığına səbəb olub.

Bizim.Media-ya danışan sürücülər bildirirlər ki, nişanın bu vəziyyətdə olması hərəkət təhlükəsizliyi üçün risk yaradır və bəzi hallarda sürücülərin qaydaları bilmədən pozmasına səbəb olur. Bu isə onların əsassız yerə cərimələnməsi ilə nəticələnir.
 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan bildirildi ki, paytaxtın küçə və prospektlərində agentlik tərəfindən mütəmadi təhlillər aparılır.


“Yol nişanlarının görünməsi məhdudlaşdığı hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəsmi müraciət göndərilir. Ağacların budanması zamanı bu cür problemlər aradan qaldırılır”, - AYNA-nın məlumatında qeyd olunur.

Qurum həmçinin əlavə edib ki, bu kimi hallarla rastlaşan vətəndaşlar AYNA-nın rəsmi əlaqə vasitələri və ya “Açıq hökumət” platformaları üzərindən müraciət edə bilərlər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə cəhdlərimiz isə boşa çıxdı.

Mövzunu diqqətdə saxlayacağıq...


Nəzrin Elxan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin