ADY Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilmiş 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
“Bayram günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı, Bakı–Qazax–Bakı, Bakı–Ağdam–Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hər iki istiqamətdə əlavə reyslər təşkil ediləcək.
Eyni zamanda, Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq.
8-11 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə səfərlər üçün qeyri-iş günlərinin cədvəli tətbiq ediləcək”, - məlumatda bildirilib.





Bizim.Media


























































































