Hərbi Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi – FOTO

Hazırda oxunan: Hərbi Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi – FOTO

579344

Hərbi Prokurorluqda Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçusunun iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi liderin əziz xatirəsi ehtiramla yad edilib. 

Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı münasibətilə xalqımızı, o cümlədən hərbi qulluqçuları və Hərbi prokurorluğun kollektivini təbrik edib, tarixi zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun ən yaxın silahdaşı, I Vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz rolundan, habelə döyüşlərdə hərbiçilərimizin şücaətindən danışıb.
 

Vurğulanıb ki, prokurorluq orqanları, o cümlədən hərbi prokurorluq əməkdaşları həmin günlərdə təkcə hüququ və ədaləti qorumaqla kifayətlənməyib, eyni zamanda vətəndaşlıq və insanlıq borcunu layiqincə yerinə yetirib, Vətən sevgisi nümayiş etdirib. 


Daha sonra “Şəhidə məktub” adlı film nümayiş etdirilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin