Böyük Britaniyada aparılan genişmiqyaslı bir araşdırma, bu üç içkinin birlikdə tarazlıqda istehlakının ölüm riskini azaltdığını və ömrü uzatdığını ortaya çıxardıb.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə sirr miqdarda deyil, müxtəliflikdədir.
Araşdırmada iştirak edən içkilər ən uğurlu maye hesab edilib: Su, qəhvə və çay...
Adi görünən üç içki ömrü uzatmaqda möcüzəvi təsirə malikdir. "British Journal of Nutrition"da dərc olunan genişmiqyaslı bir araşdırmaya görə, gündə cəmi 7-8 stəkan içki qəbul etmək, bu miqdarda su, qəhvə və çay arasında növbələşmək ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqat, xüsusən də 4 stəkan su qəbul etməyin və qalan hissəsini qəhvə və çayla balanslaşdırmağın uzunömürlülüklə əlaqəli olduğunu müəyyən edib. Mütəxəssislər bildirirlər ki, su bədəni susuz saxlayaraq metabolik tarazlığı qoruyur, qəhvə və çayda olan polifenollar isə ürək-damar sağlamlığına, iltihabın idarə olunmasına və həzm sisteminə güclü qoruyucu təsir göstərir.
Su əsas rol oynayır.
Lakin qəhvə və çay kimi polifenolla zəngin içkilərin əlavə edilməsi faydaları artırır. Bu kombinasiya ürək-damar sağlamlığını, metabolik tarazlığı və immun müqavimətini təkcə sudan daha güclü şəkildə dəstəkləyir.
Bu həmçinin həddindən artıq şəkər və ya kofein qəbulunun qarşısını almağa kömək edir.
Mütəxəssislərin fikrincə, səhər məşqindən sonra günə bir stəkan su ilə başlamaq, günün əvvəlində bir və ya iki stəkan qəhvə içmək və axşama doğru iki və ya üç stəkan yaşıl və ya qara çay içmək ideal tarazlığı yaradır. (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:45 / 07.11.2025
Bu üç içki ömrü uzadır
Hazırda oxunan: Bu üç içki ömrü uzadır
Hazırda oxunan: Bu üç içki ömrü uzadır
579336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































