Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı NEKROLOQ

Hazırda oxunan: Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı NEKROLOQ

579287

Xəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev bu gün 73 yaşında vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ: Vahid Əliyev VƏFAT ETDİ


Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi aktyorun ölümü ilə bağlı nekroloq yayıb.

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr və kino sənətimizin sevilən nümayəndəsi, Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub, 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışaraq yarım əsrə yaxın səmərəli fəaliyyəti ilə səhnəmizin yaddaqalan simalarından birinə çevrilib.
 

O, “Ana laylası”, “Sirli dəyirman”, “Dədəm Qorqud”, “Şeyx Sənan” kimi tamaşalarda, həmçinin “Nə gözəldir bu dünya”, “Kuklalar”, “Qətl günü” filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin rəğbətini qazanıb.


Sənətə töhfələrinə görə 2011-ci ildə “Əməkdar artist” fəxri adına, 2017–2019-cu illərdə isə Prezident mükafatına layiq görülüb.

Əməkdar artist Vahid Əliyevin xatirəsi daim ehtiramla yad ediləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi mərhum sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, – nekroloqda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin