Təranə Səmədovanın CƏZASI AZALDILDI

Hazırda oxunan: Təranə Səmədovanın CƏZASI AZALDILDI

579281

Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.

Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən, Tərana Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin olunmayıb.
 

Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər.


Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov 2023-cü ilin fevralında həbs olunub.

Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin