Azərbaycanda ŞOK: 15 yaşlı qızı hamilə qoyan kişi həbs olundu

Hazırda oxunan: Azərbaycanda ŞOK: 15 yaşlı qızı hamilə qoyan kişi həbs olundu

579248

Beyləqanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan kişi həbs olunub.

Bizim.Media xəbər verir ki, 31 yaşlı Valeh Şəfizadə (ad və soyad şərtidir) 16 yaşı tamam olmayan qızla cinsi əlaqədə olub.

Nəticədə yeniyetmə hamilə qalıb və qız övladı dünyaya gəlib. Bu əməlinə görə Valeh barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, yaxud seksual xarakterli hərəkətlər etmə) maddəsilə cinayət işi açılıb.

İttiham aktına görə, zərərçəkənin valideynləri hələ onun 4 yaşı olarkən boşanıblar. Bundan sonra qız atasının himayəsində böyüyüb.

Valeh 2023-cü ilin may ayında qohumlarının vasitəsilə zərərçəkəni tanıyıb və onunla ailə qurmaq istəyib. Həmin vaxt Valehin 29, zərərçəkənin isə 14 yaşı olub. Həmin ilin iyun ayında Ağcabədi rayonunda onların nişan mərasimi keçirilib. 2024-cü ilin yanvar ayında isə artıq 15 yaşı olan qız evdən qaçaraq, Valehin qardaşının evinə gəlib. Hadisədən xəbər tutan Valeh də ora gəlib və sonradan hər gün zərərçəkənlə həmin evdə görüşüb. Sonra danışıq əsasında Valeh nişanlısını atasının evinə gətirib.

Günlərin birində qız və oğlanın razılığı ilə onlar təbii yolla cinsi əlaqədə olublar. Bundan sonra onlar 2024-cü il iyul ayının ortalarınadək dəfələrlə təbii yolla cinsi əlaqədə olublar. Nəticədə yeniyetmə hamilə qalıb və 1 qız övladı dünyaya gəlib.

2025-ci ilin mart ayında isə təqsirləndirilən şəxs polisə dəvət olunub və ona 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyət daşıdığı bildirilib. Valehin sözlərinə görə, uşaq dünyaya gələndən sonra bir daha zərərçəkənlə cinsi əlaqədə olmayıb.

Zərərçəkən şəxs məhkəmədə bildirib ki, qeyri-rəsmi yolla ailə qurublar və təqsirləndirilən şəxslə uzaq qohum düşürlər. Ona qarşı şikayəti yoxdur və bir ailə kimi yaşayırlar.

Beyləqan rayon Məhkəməsinin qərarı ilə Valeh Şəfizadə barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin