“Qızıl Qaya”da nöqsanlar AŞKARLANDI –Restoranın fəaliyyəti DAYANDIRILDI – FOTO

Hazırda oxunan: “Qızıl Qaya”da nöqsanlar AŞKARLANDI –Restoranın fəaliyyəti DAYANDIRILDI – FOTO

579233

Xəbər veriyimiz kimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

TƏCİLİ! Şadlıq saraylarında mənşəyi məlum olmayan ət məhsulları AŞKARLANDI – RƏSMİ


Lakin AQTA nöqsan aşkar edilən iaşə obyektlərinin adını açıqlamayıb.

Bununla bağlı AQTA-ya sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, Qida Təhülkəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Mehman Tağı oğluna məxsus “Qızıl Qaya” şadlıq evində plandankənar yoxlama keçirib:

“Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, qida obyektinin isti mətbəx sahəsində tavanın və döşəmənin tamlığının pozulduğu, xammal olaraq istifadə olunan mal və toyuq ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığı, doğrama lövhələrinin istifadəyə yararsız olduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub”.




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin