Zaur Əliyev: “2500 tibb müəssisəsindən 43 faizi tam yararsız haldadır”

Hazırda oxunan: Zaur Əliyev: “2500 tibb müəssisəsindən 43 faizi tam yararsız haldadır”

579229

“İlkin səhiyyə xidməti inkişaf etməsini istədiyimiz ən prioritet sahədir. Bu sahə nə qədər inkişaf etsə, xəstəxanaların yükləri azalacaq, yəni xəstəxanalara gələn insanların sayı azalacaq. Ölkədə təqribən 2500-ə yaxın tibb müəssisəsi var, onlardan 43 faizi tam yararsız haldadır. Yəni söhbət kənd məntəqələrindən gedir”.

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deyib.

Sədr bu sahədə ciddi kadr çatışmazlığının olduğunu da qeyd edib:

“Eyni zamanda, ciddi kadr çatışmazlığı var. Bizə ən azı 1500 həkim işə götürmək lazımdır ki, kənd məntəqələrində işləsinlər. Bununla bağlı Səhiyyə Nazirliyi ilə görüşümüz olub.

Ümid edirəm ki, 2027-2030-cu illərdə təmir məsələlərini həll edə bilərik. Biz pilot layihə olaraq Bərdədən başladıq. Bərdə yeganə rayondur ki, bütün kəndləri həkimlə təmin olunub. Orda ilin sonuna qədər bütün kənd məntəqələrinin yenidən qurulması planlaşdırılır. Mart ayında 3 ay işləmiş məntəqələrin vəziyyətini görmək üçün sizi dəvət edəcəyik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin