“Onkologiya sahəsində xərclərlə bağlı da məsələ qeyd olundu. Məlumat üçün bildirim ki, 2026-cı ilin büdcəsində bu istiqamət üzrə müxtəlif tədbirlər üzrə 118 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da 2025-ci illə müqayisədə 10%-lik artım deməkdir. Dinamikamız müsbətdir”.
MÖVZU İLƏ BAĞLI:
Onkoloji xəstəliklər icbari tibbi sığorta zərfinə DAXİL EDİLƏCƏK?
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.
O bildirib ki, ehtiyacımız daha böyükdür və bunu müzakirə edirik:
“Hazırda İTS zərfinin daha da genişləndirməsi istiqamətində böyük adım atırıq. 8 müxtəlif istiqamət də bura daxil edilib. Gələcəkdə digər istiqamətlərin də daxil edilməsini istəyirik. Hər biri təqdim olunan prioeritetdən, əhatə etdiyi insan sayından asılı olaraq müzakirə ediləcək və növbəti dövrlərdə bu məsələlər təmin olunacaq”.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov müzakirələrdə icbari tibbi sığorta zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib. O, sözügedən istiqamət üzrə büdcədən ayrılan vəsaitlərin xəstələrin adekvat müalicəsi üçün yetərli olmadığını bildirib.
Günay Şahmar, Bizim.Media




























































































