Sahil Babayev: “Tibbi sığorta haqlarını kəskin şəkildə artırmağa ehtiyac görmürük”

Hazırda oxunan: Sahil Babayev: “Tibbi sığorta haqlarını kəskin şəkildə artırmağa ehtiyac görmürük”

579224

“Azərbaycanda cəmi iki ildə səhiyyə xərcləri 40 faiz artıb. Son beş ildə 160 faiz artım olub.

Bunun özü kifayət qədər böyük rəqəmdir. ÜDM-də səhiyyə xərclərinin payı 2,7%-dir. Əksər MDB ölkələrində bu göstərici 1,7-2,5 faiz arasındadır. Avropa ölkələrində daha yüksəkdir. Onda oradakı icbari tibbi sığorta haqlarının dərəcələrinə də baxaq. Biz özəl sektorun üzərinə əlavə yük gətirməyə və icbari tibbi sığorta haqlarını kəskin şəkildə artırmağa hazırıqmı? Bu gün buna ehtiyac görmürük”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

“Azərbaycanda sosial və iqtisadi inkişafın davamlılığı üçün balanslaşdırılmış bir fiskal siyasət həyata keçirilir. Biz həm vergi, həm də fiskal yükləri balanslaşdırılmış şəkildə aparırıq. Təqdim olunan rəqəmlər çox yaxşı rəqmlərdir”, - deyə nazir qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin