"Şahdəniz" yatağı üzrə əsaslı xərclər 30 %-ə yaxın ARTIB

Hazırda oxunan: "Şahdəniz" yatağı üzrə əsaslı xərclər 30 %-ə yaxın ARTIB

579223

Bu ilin yanvar-sentyabr aylarında "Şahdəniz" konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 1 milyard 836 milyon ABŞ dollar əməliyyat xərcləri və 756 milyon ABŞ dolları əsaslı xərclər çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə yatağın operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin üç rübü ərzində "Şahdəniz" yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 56 milyon ABŞ dolalrı və ya 3,1 % çox, əsaslı xərclərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 174 milyon ABŞ dolları və ya 29,9 % çoxdur.

Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), "LUKoil" (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin