2025-ci ilin yanvar-oktyabr ayları ərzində "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 156 milyon 759.9 min manat məbləğində vəsait geri ödənilib.
Bizim.Media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vəsait ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə qaytarılıb. Buraya neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.
Layihə çərçivəsində, həmçinin teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri kimi mədəni xidmətlərə, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılıb.
Bununla yanaşı, 2025-ci ilin 9 ayında xarici vətəndaşlar tərəfindən Azərbaycan ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("Tax Free") məbləği 8 milyon 964.6 min manat təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:44 / 06.11.2025
Bu il əhaliyə 157 milyon manata yaxın ƏDV qaytarılıb
Hazırda oxunan: Bu il əhaliyə 157 milyon manata yaxın ƏDV qaytarılıb
Hazırda oxunan: Bu il əhaliyə 157 milyon manata yaxın ƏDV qaytarılıb
579220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































