Deputatdan yağ qiymətlərinə ETİRAZ - “5 manata aldığımız yağlar indi 17 manata satılır”

Hazırda oxunan: Deputatdan yağ qiymətlərinə ETİRAZ - “5 manata aldığımız yağlar indi 17 manata satılır”

579219

“Strateji qida məhsulları var ki, onlarla əlaqədar dövlət tərəfindən tədbirlər görülür. Unun, buğdanın, digər məhsulların qiymətinə xüsusi nəzarət var deyə qiymət artımına imkan verilmir.

Təəssüflər olsun ki, bəzi məhsulların qiymətlərində artım çox tez-tez olur. Məsələn, 5 manata aldığımız kərə yağının qiyməti 15-17 manatdır, 18 manata aldığımız yağ 28 manatdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

“Zeytun festivalı kimi tədbirlər göstərir ki, ölkəmizdə istehsal olunan məhsullar heç də xaricdən gətirilənlərdən geri qalmır. Mediada oxuyuruq ki, biz kərə yağını başqa ölkələrə 11 manata satırıq. Əgər mümkün olsa və bu məsələyə nəzarət olunsa, vətəndaşlar razı qalar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin