Ürək köçürülməsi əməliyyatı da dövlət hesabına qarşılana bilər – YENİ TƏKLİF

Hazırda oxunan: Ürək köçürülməsi əməliyyatı da dövlət hesabına qarşılana bilər – YENİ TƏKLİF

579215

“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar ürək-damar qan xəstəliklərindən əziyyət çəkən on minlərlə insanın əvvəllər əlçatanlığı mümkün olmayan əməliyyatları bu gün dövlətin maliyyə imkanı sayəsində həll olunur”.

Bizim.Media xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deyib.

O, ürək köçürülməsi əməliyyatlarının bir hissəsinin dövlət hesabına qarşılanmasını təklif edib:

“Ötən il 300-dən çox böyrək və qaraciyər transplantasiyası dövlət vəsaiti hesabına olunub. Düşünürəm ki, önümzdəki ildə ürək transplantasiyasının rəqəmlərinin qaraciyər əməliyyatının maliyyətinin daha az olduğunu nəzərə alaraq 10 əməliyyatın da dövlət proqramına salınması düşünülə bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin