“Təəssüf ki, icbari tibbi sığorta ilə əhatə olunan dövlət proqramlarının tərkibində onkoloji xidmət yoxdur. Büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deyib.
“Bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün target terapiyada dərman vasitələrinə ehtiyac duyulur. Bu dərman vasitələrinin qiyməti isə kifayət qədər yüksəkdir. Ayrılan vəsait bu alınan dərmanların Azərbaycana gətirilməsinə kifayət etmir. İmkan daxilində belə preparatların alınıb Azərbaycana gətirilməsinə əlavə vəsaitin ayrılması da nəzərdən keçirilməlidir. Çünki bu preparatlar olmadan onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil.
Bütövlükdə onkologiya sahəsində problem bu dövlət proqramının icbari dövlət sığortası ilə əhatə olunması nəticəsində həll ediləcək”, - deputat əlavə edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:55 / 06.11.2025
Onkoloji xəstəliklər icbari tibbi sığorta zərfinə DAXİL EDİLƏCƏK?
Hazırda oxunan: Onkoloji xəstəliklər icbari tibbi sığorta zərfinə DAXİL EDİLƏCƏK?
Hazırda oxunan: Onkoloji xəstəliklər icbari tibbi sığorta zərfinə DAXİL EDİLƏCƏK?
579208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































