“Sosial sığorta haqqında” Qanuna dəyişikliklər dəyişikliklər sosial sığorta sisteminin daha ədalətli və şəffaf şəkildə formalaşdırılmasını, həmçinin sahibkarlıq fəaliyyətinin təşviqini hədəfləyir”.
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi (DVX) Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu peşə sahibləri üçün sosial sığorta haqqı ARTIRILIR – SİYAHI
“Layihə fərdi sahibkarların və müxtəlif fəaliyyət növləri üzrə sığortaedənlərin sosial sığorta öhdəliklərini optimallaşdırmaqla, dövlətin sosial müdafiə mexanizmlərini gücləndirməyə xidmət edir. Yeni modeldə sosial sığorta haqqının dövriyyədən hesablanması prinsipinə əsaslanmaqla minimum və maksimum hədlər müəyyən olunur ki, bu da həm yığım risklərinin qarşısını alır, həm də dövlətin gələcək maliyyə öhdəliklərinin balanslaşdırılmasına imkan yaradır” – deyə o qeyd edib.
Günay Şahmar, Bizim.Media



























































































