Qazaxıstandan gələn qatar Ermənistana belə yola salındı – VİDEO

Hazırda oxunan: Qazaxıstandan gələn qatar Ermənistana belə yola salındı – VİDEO

579173

Qazaxıstan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl daşıyan yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

“Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, işğal dövründən bəri mövcud olan Ermənistana tranzit yüklərin göndərilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Artıq Azərbaycandan tranzit keçməklə Ermənistana yüklər göndərilir”, deyə Bəxtiyar Hacıyev qeyd edib.
 

“Dünən Rusiyadan gələn yük Ermənistana yola salınıb. Həmin yük 15 vaqondan ibarət taxıldan ibarət idi. Eyni zamanda Qazaxıstandan Azərbaycana tranzit keçməklə Ermənistana yüklərin daşınmasına başlanılıb. Dünən Qazaxıstandan Azərbaycana daxil olan taxıl yüklü 15 vaqon artıq Biləcəri stansiyasına çatıb. Bu qatar Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə yolunu davam etdirəcək. Yüklər Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq”, - deyə ADY rəsmisi bildirib.


Qurum rəsmisi qeyd edib ki, həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi yaxın günlərdə davam etdiriləcək.


Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin