Noyabrın 6-da paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri başlayıb.
Bizim.Media xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra hərbçilərin üç marşrut üzrə yürüşlərinə start verilib.
Yürüşlər Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı – “Azneft” dairəsi - Bəhram Gur heykəli; Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı; “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti istiqamətləri üzrə təşkil olunub.
Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.
Qeyd edək ki, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında da müəyyənləşdirilmiş marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:07 / 06.11.2025
Bakıda hərbçilərin zəfər yürüşü –VİDEO
Hazırda oxunan: Bakıda hərbçilərin zəfər yürüşü –VİDEO
Hazırda oxunan: Bakıda hərbçilərin zəfər yürüşü –VİDEO
579168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































