Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

579097

Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması və “8-ci Mədən” QTM-in daxilində aparılacaq təmir işləri ilə əlaqədar 06.11.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Xətai rayonunun H.Salmani küçəsinin, Səbail rayonunun isə Neftçilər prospektinin, Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Z.Əliyeva, İstiqlaliyyət, R.Rza küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin