Azyaşlıların əməyi – “İtirilən uşaqlığ”a görə kim cavabdehdir?

Hazırda oxunan: Azyaşlıların əməyi – “İtirilən uşaqlığ”a görə kim cavabdehdir?

579064

Uşaq əməyinin istismarı heç bir sivil ölkədə məqbul sayılmasa da, əslində dünyanın hər yerində var.
 

Azərbaycanda rəsmi olaraq, qanunvericilik 15 yaşdan aşağı şəxslərin işlədilməsini qadağan etsə də, reallıqda vəziyyət bəzən fərqli olur: kənd təsərrüfatından küçə ticarətinə, xidmət sektoruna qədər müxtəlif sahələrdə uşaqların əmək fəaliyyətinə cəlb olunduğu hallara rast gəlinir. Bu vəziyyət təkcə hüquqi deyil, həm də sosial problemdir.


Bəzən ailə böyüklərinin xəstəliyi, köməksizliyi, əlaqədar qurumların uşaqlara diqqətsizliyi cəmiyyəti bu problemi ürək ağrısı ilə seyr etməyə vadar edir.

Belə olduğu halda hansı hüquqi tədbirlər görülə bilər?

Mövzu ilə əlaqədar hüquqşünas Zülfiyyə Abbasova Bizim.Media-ya bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə, 15 yaşından aşağı şəxslərin işləməsi qadağandır:

“Belə müqaviləni bağlayan işəgötürən İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.
 

Həmin maddəyə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə nəzərdə tutulub”.


Böyüklər üçün “xırda iş” –  uşaqlar üçün ağır zəhmət

Hüquqşünas 15-18 yaş arası yeniyetmələrin yalnız yüngül və sağlamlığa zərərsiz işlərdə çalışmasına icazə verildiyini diqqətə çatdırdı.

Qeyd etdi ki, 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya qəyyumlarından yazılı razılığı alınmalıdır:
 

“Ya­­­şı 18-dən az olan iş­­­çi­­­lə­­­rin ağır işlərdə, ye­­­ral­­­tı tu­­­nel­­­lər­­­də, əx­­­la­­­qa mən­­­fi tə­­­sir gös­­­tə­­­rən ge­­­cə klub­­­la­­­rın­­­da, bar­­­lar­­­da, al­­­ko­­­qol­­­lu iç­­­ki­­­lə­­­rin, tü­­­tün məmulat­­­la­­­rı­­­nın satışı ilə bağlı olan yerlərdə işləməsi qadağandır”.

 

Bəzi sahələr isə var ki, orada uşaq əməyi istismar sayılmır. Məsələn, teatr, kino, musiqi, reklam çəkilişləri... Təbii ki, burada da valideyn icazəsi alınmaqla uşaqlar yaradıcılıq işlərinə cəlb olunur.

Bundan başqa uşaq və gənclər mərkəzlərində könüllülük əsasında işlər, kitabxana, yaxud kitab mağazası, yay düşərgələrində yardımçı və s. kimi “məsum” və uşaqları düzgün əməyə təşviq edən işlər hüquqi məsuliyyət daşımır. Lakin istənilən halda, fəaliyyət müddəti 4-6 saatdan çox olmamalı və təhsildən yayındırmamalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin