Həkim Tural Sultanovun gəmidə itkin düşməsindən 40 gün ötür.
MÖVZU İLƏ BAĞLI:
Turalın hansı gəmidə itdiyi məlum oldu - 1 aydır yoxa çıxıb... – FOTO
Bizim.Media xəbər verir ki, hələ də axtarışları aparılan həkimin nə ölüsündən, nə də dirisindən xəbər var.
Qeyd edək ki, T.Sultanovun ailəsi sentyabrın 27-dən bəri ondan xəbər ala bilmir.
Anası Aygün Sultanova oğlunun iyulun sonunda işə getdiyini və avqustun sonunda evə dönməli olduğunu söyləyib. Lakin, avqustun 17-də oğlunun gəmidə olduğu, ad gününü gəmidə qeyd etdiyi bildirilib.
A.Sultanova gəminin içindəki kameraların görüntülərinin göstərilmədiyini və oğlunun itkin düşdüyü hadisə ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyindən gileylənib.
Şəfiqə Şəfa, Bizim.Media




























































































